Aparıcıdan sonra daha bir neçə “Xankəndi casusu” saxlanıldı

Xankəndidəki separatçı rejimdə daha bir neçə nəfər həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Teleqramın erməni seqmentində yayılıb.

Saxlanılan şəxslər casusluqda ittiham ediliblər. Onların kimin xeyrinə casusluq apardıqları açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə qondarma rejimin “İctimai radio”sunun aparıcısı Seyran Karapetyan “dövlətə xəyanət” maddəsi ilə ittiham edilərək həbs edilmişdi. Separatçılar Karapetyanın da kimin xeyrinə casusluq etdiyini açıqlamamışdılar. Sonradan Karapetyanın qondarma rejimin İctimai Radiosunun rus bölməsinin rəhbəri kimi çalışdığı bəlli olmuşdu.