“Onun ürəyində 4 stend var idi” – Firuzə İbadovanın qızı

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Globalinfo.az bildirir ki, moderator.az-a danışan əməkdar artist Firuzə İbadovanın qızı məlumatı təsdiqləyib.

“Cavanşir müəllim bu dəqiqə vəfat edib. Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”, – deyə əməkdar artistin qızı bildirib.