20:08
“Şən və hazırcavablar klubu” (KVN) televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə KVN-nin rəsmi Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun ağciyər xərçəngindən vəfat etdiyi bildirilib.
Qeyd olunur ki, Maslyakov son altı ayda danışmaqda və nəfəs almaqda çətinlik çəkib.
Xatırladaq ki, aprel ayında Maslyakovun ağciyərində əməliyyat olunması mümkün olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilmişdi. Teleaparıcının səhhətində problemlərin 2022-ci ildən, koronavirusa yoluxduqdan sonra başladığı qeyd olunur.
Qeyd edək ki, Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.