rasim balayev 99

Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayının vaxtı mayın sonunda məlum olacaq.

Globalinfo.az-ın xəbərinə görə, İttifaqdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məkan hazırlıqlarına uyğun olaraq hələ ki tarix müəyyən edilməyib.

İdarə heyətinin bugünkü iclasında AKİ sədrliyinə iki nəfərin namizədliyinin irəli sürüləcəyi qərara alınıb.

Namizədlərin adı mayın sonundakı iclasda açıqlanacaq.

Xatırladaq ki, 2002-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev bu il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Paylaş: