Təkcə Qarabağ deyil, ermənilərin 150 illik itkisi… – Ajapahyan

“Qarabağı öz səhvimiz ucbatından itirdik, həmişə başqalarında günah axtarmaqdansa öz səhvimizi etiraf etməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu Şirak yeparxiyasının rəhbəri Mikael Ajapahyan deyib.

O bildirib ki, erməni xalqının əsas problemi pul xəstəliyidir.

“Görünür, xalq Qarabağın itirilməsi ilə barışıb. Hökumətin yenidən seçilməsi insanların bu reallıqla barışdığının sübutudur. Erməni xalqı dəyişmək, uzağa baxmaq, ayağa qalxmaq istəmir, yalnız pul istəyir. Erməni xəstəliyi pula, mal-dövlətə ibadət edən dəhşətli bir şeydir. Ondan qurtulmayana qədər güclü dövlətimiz olmayacaq. Biz təkcə Qarabağı itirmədik, həm də son 150 ili uduzduq”, – Ajapahyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az