Aİ missiyasının maşını Zəngəzurda qayaya çırpıldı – FOTO

Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidəçi missiyasının nümayəndələrini daşıyan avtomobil Zəngəzurda qəzaya düşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Shamsyan” məlumat yayıb.

Qəzanın martın 11-i səhər saat 09:50 radələrində baş verdiyi bildirilir. Missiyanın üzvlərini daşıyan “Nissan Pathfinder” markalı avtomobil hərəkət zolağından çıxaraq qayaya çırpılıb.

Avtomobildə sürücü ilə yanaşı Aİ missiyasının iki üzvü olub, onların vəziyyəti yaxşıdır.

Sürücünün Avstriya vətəndaşı, digər iki missiya üzvünün isə polşalı olduğu açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az