AHİK və üzv təşkilatlarından Prezidentə MÜRACİƏT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Globalinfo.az bildirir ki, müraciətdə deyilir:

“Möhtərəm Prezident!

Bu gün bütün vətəndaşlarımız, həmçinin xalqımızın hər bir nümayəndəsi, o cümlədən ölkəmizdən uzaqlarda yaşayan, qəlbi Vətən eşqi ilə döyünən soydaşlarımız Böyük Qələbənin sevincini yaşayır. Xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, yenilməz Ordumuzun rəşadəti, Sizin diplomatik səriştəniz və Ali Baş Komandan olaraq sərkərdəlik məharətiniz bizi uzun illər gözlədiyimiz parlaq Zəfərə qovuşdurdu. Bununla iki yüz illik münaqişədən, otuz illik müharibədən qalib ayrıldıq, haqq-ədalət öz yerini tapdı. İndi bir xalq olaraq başımız dik, alnımız açıqdır. Xoşbəxtik ki, biz öz torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub, ay-ulduzlu, üçrəngli müqəddəs bayrağımız Vətənimizin hər bir nöqtəsində – Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır. Bu mənzərəni seyr etmək bizi həm fərəhləndirir, həm də duyğulandırır.

Biz bu yerə zamanın axarı ilə deyil, Sizin gərgin zəhmətiniz, yorulmaz və möhtəşəm siyasi fəaliyyətiniz sayəsində gələ bilmişik. Prezident olaraq ilk gündən böyük amallar, ali dəyərlər, xalqımızın və dövlətimizin misilsiz nailiyyətlər uğrunda mübarizə apardınız, bu yolda bütün çətinliklərə sinə gərdiniz. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığınız bütün danışıqlarda sülh naminə çalışdınız, bu yolda təcavüzkar dövlətin yalançı iddiaları, ikili standartlarla, böyük dövlətlərin cılız yanaşmaları ilə üzləşdiniz. Amma qətiyyətiniz, prinsipiallığınız, polad iradənizlə onların qarşısında diplomatik sədd çəkdiniz, milli maraqları hər şeydən üstün tutaraq heç bir güzəştə getmədiniz. Həmçinin atdığınız mühüm addımlarla düşmənə mənəvi-psixoloji sarsıntılar yaşatdınız və xalqımızda qələbəyə olan inamı artırdınız. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl Ordu quruculuğu strategiyasını əzmlə davam etdirdiniz. Elə bir Ordu formalaşdırdınız ki, onun Sizin peşəkar rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq beynəlxalq ictimaiyyətin dillər əzbəri oldu, tətbiq etdiyi taktika dünyanın nüfuzlu ali hərbi məktəblərinin nəzəri və praktiki tədrisinə çevrildi.

Müzəffər Ali Baş Komandan!

Qarabağda keçirilən son antiterror tədbirləri nəticəsində işğalçı dövlətin məhv edilmiş ordusunun tör-töküntüləri, qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edildi, separatçı qüvvələr, qondarma rejim təslim oldu və bunla ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin edildi. Xankəndidə bayraq ucaltmaqla işğalçı dövlətin və separatçı qüvvələrin bütün xam xəyallarını dəfn etdiniz, yazdığınız hər səhifəsi qəhrəmanlıqla dolu Qarabağ salnaməsinin nöqtəsini qoydunuz. Ulu Öndər Heydər Əliyevin layiqli varisi olaraq, onun yarımçıq qalan arzularını gerçəkləşdirdiniz, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdiniz.

Bu gün biz fəxr edirik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində günü-gündən tərəqqi edən, şanı-şöhrəti dünyanı bürüyən, demokratiyanın bütün təzahürlərinin, siyasi sabitliyin, əmin-amanlığın bərqərar olduğu Qalib ölkənin vətəndaşlarıyıq.

Cənab Prezident!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar, o cümlədən həmkarlar ittifaqlarının üzvləri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, suverenliyinin qorunması, dövlətimizin daha da inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə Sizin ətrafınızda monolit qüvvə kimi birləşərək həmrəyliyini ifadə edir, daxili və xarici siyasətinizi dəstəkləyir”.

AHİK İcraiyyə Komitəsinin üzvləri:

AHİK-in sədri, millət vəkili                                  Səttar Möhbalıyev

AHİK sədrinin I müavini                                     İlyas Əliyev

AHİK sədrinin müavini                                       Aqil Dadaşov

AHİK sədrinin müavini                                       Cavanşir Alxasov

AHİK sədrinin müavini,

«Kurort» Qapalı Səhmdar

Cəmiyyətinin prezidenti                                       Əbil Ağasiyev

AHİK sədrinin müavini,

Dövlət İdarələri və İctimai

Xidmət İşçiləri HİRK-in sədri                               Hikmət Osmanov

AHİK sədrinin müavini,

Naxçıvan Muxtar Respublikası

Hİ Şurasının sədri                                                Qəzənfər Abdullayev

AHİK sədrinin müavini,

Elektroenergetika və Elektrotexnika

Sənayesi İşçiləri HİRK-in sədri                             Musa Mirzəyev

Aviasiya İşçiləri HİRK-in sədri                            Mübariz Əsədov

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı

İşçiləri Hİ-nin sədri                                              Hüseyn Kərimov

Azərbaycan Milli Elmlər Akademiyası

İşçiləri Azad Hİ-nin sədri                                     Habil Qurbanov

Bələdiyyə İşçiləri HİRK-in sədri                          Məhərrəm Xəlilov

«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri              Asif Abbasov

Dəmiryolçuların Müstəqil HİRK-in sədri              Vaqif Bədəlov

Dəniz Nəqliyyatı İşçiləri HİRK-in sədri                Səməd Allahverdiyev

Fövqəladə Hallar Nazirliyi İşçiləri

HİK-in sədri                                                        Mehman İsmayılov

Gömrük İşçiləri Həmkarlar İttifaqı

Birliyinin sədri                                                     Rövşən Namazov

“Xidmət-İş» Hİ Federasiyasının

vitse-prezidenti                                                    Cəmaləddin İsmayılov

“İnşaat-İş” Hİ-in sədri                                          Umud Hüseynov

Su Təsərrüfatı İşçiləri HİRK-in sədri                    Akif Məmmədov

“Kənd-Qida-İş” Hİ

Federasiyasının sədri                                            Tofiq Quliyev

Metal İşçiləri Hİ Federasiyasının

prezidenti                                                            Bəkir Yusifov

Mədəniyyət İşçiləri HİRK-in sədri                        Adil Atakişiyev

Müdafiə Sənayesi İşçiləri HİRK-in sədri               Seymur Mahmudov

Metropoliten İşçiləri Hİ-in sədri                           Arif Mərdanov

Neft və Qaz Sənayesi İşçiləri

HİRK-in sədri                                                      Cahangir Əliyev

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək

Texnologiya İşçiləri HİRK-in sədri                       Müşviq Əmirov

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye

İşçilərinin HİRK-in sədri                                      Mirkazım Abasov

Səhiyyə İşçiləri HİRK-in sədri                             Emin Əfəndiyev

Təbii Sərvətlər və Ekologiya İşçiləri

HİRK-in sədri                                                      Telman Quliyev

Təhsil İşçiləri Azad HİRK sədrinin

birinci müavini                                                    Hümbət Nağıyev

Yerli Sənaye və Kommunal Məişət

Müəssisələri İşçilərinin HİRK-in sədri                  Telman Hacıyev

Malik Liftiyev
Globalinfo.az