ABŞ ən yeni nəsil F-15EX Eagle II qırıcı təyyarələrini ilk dəfə ölkə hüdudlarından kənarda daimi yerləşdirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, yeni təyyarələrin ilk partiyası Yaponiyanın Okinava adasına göndərilib.
İki F-15EX qırıcısı Okinavadakı Kadena aviabazasına çatıb.
Beləliklə, bu baza ABŞ Hərbi Hava Qüvvələrinin sözügedən təyyarələri xaricdə daimi yerləşdirdiyi ilk məntəqə olub.
Vaşinqton yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcı göndərməyi planlaşdırır. Yeni təyyarələr aviabazada əvvəllər istifadə olunan köhnəlmiş F-15C/D modellərini əvəz edəcək.
F-15EX Eagle II ABŞ-ın məşhur F-15 qırıcılarının müasirləşdirilmiş versiyasıdır. Təyyarə yeni radar sistemi, təkmilləşdirilmiş avionika və radioelektron mübarizə avadanlıqları ilə təchiz olunub.
Bundan başqa, əvvəlki modellərlə müqayisədə daha çox silah daşımaq imkanına malikdir.
Safura Bənnayeva
Globalinfo.az