Ağır xəsarətlər alan Mehriban Zəkinin son durumu açıqlandı

Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya aktrisanın yaxınları məlumat verib.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.

Axşam saatlarında TƏBİB-in yaydığı məlumata əsasən, Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.