Ağdaşda təkər faciəyə səbəb oldu – FOTO

Bakı-Qazax yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə həmin şəxs hadisə yerində dünyasını dəyişib.