Bakıda 10 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi – SƏBƏB

44ff0873 abb0 3fbb 8c21 46bcb4373421 850

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.