Abşeronda bıçaqlanan qadının son vəziyyəti

Qobuda əri tərəfindən bıçaqlanan qadının müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Bu barədə Globalinfo.az-a Mərkəzdən məlumat verilib.

Bildirilib, 2004-cü il təvəllüdlü Aynur Nərimanova travmatik pnevmatoraks diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Torakal Cərrahiyyə şöbəsində müayinə və müalicələri davam etdirilir, hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, 19 yaşlı Aynur Nərimanova ötən gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində bıçaqlanıb. Hadisə ilə bağlı onun həyat yoldaşı Alim Nərimanov saxlanılıb.

***

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı Aynur Zahid qızı Nərimanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Alim Nərimanov polis tərəfindən saxlanılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir.