Çin Sədri Si Tzinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb.
Globalinfo.az bildirir ki, danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub.
Görüşdə “Tesla” və “Apple” də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.
Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.
***08:52
Çin prezidenti Si Tzinpinlə ABŞ prezidenti Donald Trampın görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, iki liderin Pekində ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başladığı bildirilir.
Qeyd edək ki, 15 maya qədər Çində olacaq Trampın səfərinin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ–İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.
Tərəflərin Tayvanla bağlı vəziyyəti də müzakirə etmələri gözlənilir.









