ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsinə icazə verdi

Birləşmiş Ştatlar Ukraynaya ABŞ istehsallı F-16 qırıcı təyyarələrinin verilməsi üçün Danimarka və Niderlandın müraciətinə müsbət cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə xəbəri Reuters agentliyi dövlət katibi Antoni Blinkenin məktubuna və bir amerikalı rəsmiyə istinadla yayıb.

Vaşinqtonun sözü gedən iki ölkənin hökumətlərinə göndərdiyi məktubda deyilir ki, Ukrayna pilotları bu təyyarələrdə təlimlərini başa vurduqdan sonra ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsinə icazə verəcək:

“Bu məktubumla mən Birləşmiş Ştatların Ukraynaya F-16 qırıcılarının verilməsinə, habelə Ukrayna pilotlarının bu təyyarələrdə ixtisaslı instruktorlar tərəfindən təlim verməsinə Birləşmiş Ştatların tam dəstəyini ifadə edirəm”.