ABŞ təxribatlar törədir, qəti addım atılacaq – Çin

ABŞ Çini əsas rəqibi kimi qəbul edir və Pekinə qarşı təxribatlar həyata keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi deyib.

Onun sözlərinə görə, Çin-ABŞ münasibətləri ciddi çətinliklərlə üz-üzə qalıb.

Nazir ABŞ-nin provokasiyalarına cavab olaraq qəti addımlar atdıqlarını söyləyib. O, Çinin münasibətlərdə konflikt və konfrantasiyadan uzaq qalması gərəkdiyini, əvəzində iki ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsinin zəruriliyini qeyd edib.