İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd ABŞ-nin mümkün quru əməliyyatı ilə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə İLNA agentliyinə müsahibəsində danışıb. Zeynivənd bildirib ki, ABŞ-nin quru əməliyyatı ehtimalı daha çox blefə bənzəyir. Bununla belə, belə bir ssenari baş verərsə, İranın tam hazır vəziyyətdə olduğunu vurğulayıb.
Zeynivəndin sözlərinə görə, ölkədə təhlükəsizlik vəziyyəti tam stabildir və aidiyyəti qurumlar vəziyyətə tam nəzarət edir. O əlavə edib ki, ehtimal olunan risklərə qarşı bütün hazırlıq tədbirləri görülür.
İran rəsmisi həmçinin bəyan edib ki, ölkənin artan raket və pilotsuz uçuş aparatı imkanları ilə yanaşı, əsas qarşıdurmanın mümkün quru əməliyyatı zamanı baş verəcəyini iddia edib.
“Əgər gəlsələr, dərslərini verəcəyik. Əsl döyüş məhz quru əməliyyatı günü olacaq. Bu, dəhşətli bir savaş olacaq”, – deyə Zeynivənd bildirib.
Tahir Turan
Globalinfo.az