İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında avqustun 11-də əməkdaşlıq çərçivələrinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
Onun sözlərinə görə, AEBA rəhbərinin müavini Tehrana səfər edəcək:
“Hər hansı nüvə obyektlərində yoxlamalar isə tərəflər razılığa gəlməyincə planlaşdırılmır”.