Finlandiya və ABŞ arasında imzalanan müdafiə sazişi sentyabrın 1-dən qüvvəyə minəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Finlandiya prezidenti Aleksander Stubb Finlandiya ilə Amerika Birləşmiş Ştatları arasında sentyabrın 1-dən qüvvəyə minəcək Müdafiə Əməkdaşlığı Sazişini təsdiqləyib.
Stubb sazişin qəbulu və qüvvəyə minməsi aktını, habelə bəzi milli qanunlara müvafiq düzəlişləri təsdiq edib.
Xatırladaq ki, Helsinki və Vaşinqton sazişi 2023-cü il dekabrın 18-də imzalayıblar. Finlandiya parlamenti iyulun 1-də müqaviləni təsdiqləyib. Razılaşmaya əsasən, Finlandiya 15 hərbi obyektini Amerika qoşunlarının istifadəsi üçün açır. Digər məsələlərlə yanaşı, Amerika hərbi texnikası Finlandiyaya göndərilə bilər. Müqavilə ABŞ-ın Finlandiyada daimi hərbi mövcudluğu üçün zəmin yaradır.
Müşviq Tofiqoğlu
Globalinfo.az