Ermənistan və Litva arasında müzakirə: Hazırıq!

Ermənistan parlamentinin spikeri Alen Simonyan Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə Cənubi Qafqaz və Şərqi Avropada təhlükəsizlik məsələlərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, tərəflər Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.

Qabrielius Landsberqis ölkəsinin sülhün bərqərar olması prosesinə hər cür töhfə verməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Alen Simonyan və Ermənistan parlamentinin nümayəndə heyəti aprelin 16-19-da Litvada rəsmi səfərdə olacaq.

Əliyar Xəlil
Globalinfo.az