ABŞ ermənilərə nə təklif edib? – Lavrov açıqladı

“ABŞ-ın Ermənistana öz ərazisindən rusları qovmaq təklifini açıq təxribat hesab edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizdə informasiya var: ABŞ onlara deyir ki, rusları – sərhədçiləri öz ərazinizdən qovun, hərbi bazanı rədd edin. Amerikalılar bunun əvəzində təhlükəsizliyin təmin olunacağını vəd edir. Bu, açıq təxribatdır, diplomatiya deyil”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az