97eebd0e ecf4 3601 846e 34a9ddb75a83 850

Vaşinqton Bağdadda yerləşən səfirlik nümayəndələri və onların ailələrinə ölkəni tərk etmələrini bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Həmçinin Ərbildəki ABŞ konsulluğunun nümayəndələrinə də eyni təlimatın verildiyi qeyd olunub. Səbəb isə diplomatlara qarşı son zamanlarda təhdidlərin ciddi şəkildə artması olaraq göstərilir.

Həmçinin ABŞ vətəndaşlarına İraqa səfər etməmələrilə bağlı çağırış edilib.

Əliyar Xəlil
Globalinfo.az 

 

Paylaş: