ABŞ Çini nüvə silahı ilə vurmağa hazırlaşır: Dünya böyük fəlakətin astanasında

 

Sakit okean regionunda gərginlik pik həddə çatıb. Çinin son zamanlar atdığı aqressiv addımlar vəziyyəti dramatikləşdirib.

Pekinin Yaponiyanı hədəf alması, müttəfiqləri müəyyən addımlar atmağa vadar edir.

ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Çinin aqressiyasına qarşı önləmlər almaq üçün bir araya gəliblər. Vaşinqtonda Təhlükəsizlik Məsləhət Komitəsinin iclasında Çinə qarşı mövqe tutmaq üçün yeni addımları müzakirə ediblər. ABŞ-ın müdafiə naziri Lloyd Austin mübahisəli Senkaku adaları daxil Yaponiyaya qarşı istənilən hücuma nüvə silahı və bütün hərbi qüvvələri ilə cavab verəcəklərini bildirib. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Pekinin öz maraqlarına xidmət edəcək beynəlxalq nizam yaratmaq cəhdindən dərin narahatlıq keçirdiklərini deyib.
Diqqətçəkən başlıca məqam isə danışıqların Çinin regional rəqibləri Yaponiya və Cənubi Koreya ilə gərginlik yaşadığı bir vaxtda baş tutmasıdır.

Maraqlıdır, dünyanın Rusiya-Ukrayna müharibəsinə diqqət yetirdiyi bir zamanda Çin uzaq şərqdə yeni müharibəyə hazırlaşır? Ehtimal bir müharibə zamanı nüvə silahları işə düşə bilərmi?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, İkinci Dünya müharibəsinin bitməsinin ardınca ABŞ və digər müttəfiqlər məğlub Yaponiya və Almaniya ilə müqavilə imzaladı:

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Samir Hümbətov

“Həmin müqaviləyə görə hər iki ölkə ordusunu kiçiltməli və heç bir halda artırmamalı, əvəzində iqtisadiyyatın güclənməsi və müharibənin fəsadlarının aradan qalxması üçün maliyyə yardımı edilməli idi. Bu müqavilə bu gün də qüvvədədir və diqqət etsəniz, həm Almaniya, həm Yaponiya dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrdir.

Lakin son proseslər bu müqavilənin bəzi müddəalarının dəyişməsini zəruri edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin davam etməsi Çinin uzaq şərq və cənub şərq regionlarında öz nüfuzunu artırması ilə müşahidə olunur. Bu isə başda ABŞ olmaqla onun müttəfiqləri Yaponiya və Cənubi Koreyanı narahat edir.

Hətta ehtimal edilir ki, 2026-cı ildə Çin Tayvana hərbi müdaxilə edəcək. Yaponiya xarici işlər naziri açıq şəkildə bildirib ki, belə bir hal baş verərsə Tokio buna səssiz qalmayacaq və Tayvana dəstək verəcək. Bu isə öz növbəsində Yaponiyanın müttəfiqi ABŞ-ın prosesə qoşulması deməkdir”.

Politoloqun fikrincə, Yaponiya ordunun güclənməsi, modernləşməsi və imkanlarının artırılması istiqamətində 320 milyard dollarlıq bir hərbi büdcə ayırmağı düşünür:

“Bu hər il 60 milyard dolların ayrılması deməkdir ki, öz növbəsində rəsmi Tokionun ehtimal Çin qarşıdurması fonunda hazırlıqlara başlaması mənasına gəlir.

Ümumilikdə demək olar ki, Şərqi Avropadakı gərginlik Uzaq Şərqə keçir və Çin bu regionda prosesləri gərginləşdirməkdə qərarlıdır. Bu isə öz növbəsində dünyanı başqa bir regionda başlaya biləcək nüvə müharibəsi ilə üz-üzə qoyur”.

Turan Rzayev
Globalinfo.az