
Ukrayna ordusu Avropaya yerləşdirilmiş 65 min ABŞ əsgərini əvəz edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Politico” nəşrində dərc olunan məqaləsində yazıb.
O qeyd edib ki, Avropada mümkün Rusiya təhdidi Ukrayna müharibəsindən sonra da bitməyəcək:
“Avropa İttifaqı buna hazır olmalıdır. Real döyüş təcrübəsi olan Ukrayna hərbçilərinin alternativ olması mümkündür. Praktiki nəticələrindən əlavə, qərar ABŞ-la münasibətləri gücləndirə bilər. Çünki Vaşinqton öz ordusunu xaricdə yerləşdirmə ehtiyacını getdikcə daha çox şübhə altına alır”.
Denis Şmıqal Kiyevin de-fakto bütün Avropa müdafiəsinin əsasını təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, NATO qüvvələrinin Avropa ordusu ilə əvəzlənməsi fikri zaman-zaman müzakirə edilir. Lakin həm ABŞ, həm də Şərqi Avropa ölkələri bunun əleyhinə olduqlarını bildirirlər.
Əliyar Xəlil
Globalinfo.az