“TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) icrasına nə qədər maliyyə xərclənəcəyi ilə bağlı məlumat hələlik ictimaiyyətə açıqlanmır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin müavini Avaq Avanesyan deyib.
O bildirib ki, hesablamalar aparılıb və hazırda xərcin detalları ABŞ-la müzakirə edilir:
“Dəqiq məlumat daha sonra ictimaiyyətə açıqlanacaq. Ümumiyyətlə, infrastruktura əsas investisiyanı ABŞ tərəfi qoyacaq. Hazırda qiymətləndirmə aparılır, ictimaiyyətə nəticəni açıqlayacağıq”.
Qeyd edək ki, ilkin hesablamalara əsasən layihənin Ermənistan ərazisindən keçən hissəsinə 200-220 milyon dollar pul ayrılacağı güman edilirdi. A.Avanesyan məbləğin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavabsız qoyub.
Əliyar Xəlil
Globalinfo.az