resize 22

İran Rusiya tərəfinə Rəşt-Astara dəmir yolu xəttinin gələcək tikinti sahəsinə tam giriş imkanı yaradıb.

Globalinfo.az xəbər verir ki, bununla yanaşı, rusiyalı mütəxəssislərə ərazidə mühəndislik tədqiqatları aparmaq üçün icazə verilib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri hesab olunan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə hazırlıq işləri Rusiyanın ixrac kreditinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin reallaşdırılması Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və Şimal-Cənub Dəhlizinin inkişafı baxımından əhəmiyyət daşıyır.

Tahir Turan
Globalinfo.az

Paylaş: