nato abs herbciler 1785757710

ABŞ hərbi qüvvələri Yaxın Şərq istiqamətində genişmiqyaslı hava daşımalarını davam etdirir.

Globalinfo.az xəbər verir ki, Amerika ordusuna məxsus ən azı 6 ədəd C-17 Globemaster III hərbi nəqliyyat təyyarəsinin regiona doğru hərəkət etdiyi bildirilir.

Açıq mənbələrdəki uçuş izləmə məlumatlarına əsasən, təyyarələr Texas ştatındakı Fort Bliss hərbi bazasından İsrailin cənubunda yerləşən Ovda aviabazasına istiqamətlənib. 

Məlumatlara görə, təyyarələrin hava hücumundan müdafiə sistemləri və müvafiq hərbi avadanlıqlar daşıdığı ehtimal olunur. Daşınan yüklərin arasında “Patriot” hava hücumundan müdafiə sisteminin komponentlərinin ola biləcəyi bildirilir.

Qeyd edək ki, bəzi siyasi ekspertlər və analitiklər ABŞ-ın İrana zərbə endirmədən öncə Yaxın Şərqdə hərbi mövcudluğunu artracağı ilə bağlı ehtimallar irəli sürmüşdü. 

Tahir Turan
Globalinfo.az

Paylaş: