sances 900x506 2

İspaniyada parlament seçkiləri üzrə səsvermə prosesi davam edir. Ölkənin siyasi gələcəyini müəyyən edəcək seçkilərdə əsas namizədlər artıq səs veriblər.

Globalinfo.az xəbər verir ki, hazırkı Baş nazir Pedro Sançes və müxalifətdəki sağçı Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo seçki məntəqələrinə gedərək səsvermədə iştirak ediblər.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Feyxoo bildirib ki, bu gün İspaniya xalqı ölkənin gələcəyini müəyyənləşdirir.

Pedro Sançes isə seçici fəallığının yüksək olacağına ümid etdiyini deyib. O, seçkilərin nəticələri ilə bağlı nikbin olduğunu da bildirib.

Qeyd edək ki, İspaniyada təxminən 38,6 milyon nəfərin səsvermə hüququ var.

Seçki məntəqələri yerli vaxtla saat 20:00-dək fəaliyyət göstərəcək.

Paylaş: