Estoniyanın Narva şəhərinin meri Yaan Toots və ölkənin daxili işlər naziri İqor Taro yerli televiziyanın canlı efirində Rusiya ilə sərhədlərin bağlanması məsələsinə görə mübahisə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“İndi bizim sakinlərimiz Şaxta babaya məktub yazaraq hökumətdən Milad bayramına qədər öz vətəndaşları üçün sərhəddən keçid dəhlizinin açılmasını xahiş edirlər. Hökumətə müraciətimiz bundan ibarətdir”, – deyə şəhər meri bildirib.
Xatırladaq ki, Estoniya ilə Rusiya arasında sərhəd-keçid məntəqələrinin fəaliyyəti təhlükəsizlik səbəbilə məhdudlaşdırılıb. Narva ilə Rusiyanın İvanqorod şəhərini birləşdirən sərhəd-keçid məntəqəsində də keçid rejimi dəyişdirilib. Estoniya 2024-cü ilin fevralından etibarən Narva sərhəd-keçid məntəqəsini gecə saatlarında bağlayıb, 2024-cü ilin mayından isə gecə-gündüz fəaliyyətini dayandıraraq keçidi yalnız piyada rejimində təşkil edib. Bu qərarlar sərhədin hər iki tərəfində yaşayan, qohumluq və gündəlik sosial əlaqələri olan insanlar üçün çətinliklər yaradıb.
Narva meri Yaan Toots sakinlərin sərhəddən keçid imkanlarının bərpasını istəyir. Daxili işlər naziri İqor Taro ilə canlı efirdə yaranan mübahisənin əsas səbəbi də sərhədin bağlanmasının yerli əhaliyə təsiri və hökumətin bu məsələyə yanaşması olub.
Əliyar Xəlil
Globalinfo.az