Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi yeni Konstitusiya layihəsinin mətni ilə bağlı mübahisələr artır.
Globalinfo.az xəbər verir ki, yeni mətndə Qarabağa ərazi iddialarına əsas yaradan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ilə yanaşı, digər bir sıra dəyişikliklər də diqqət çəkib.
“Hraparak” nəşrinin məlumatına görə, mətndə “erməni xalqı” ifadəsi çıxarılıb, onun yerinə “Ermənistan Respublikasının xalqı” sözləri yer alıb. Həmçinin bu şəkildə bəzi sadə ifadələrin də dəyişdirildiyi bildirilir.
Nəşr, “mətni sanki erməni dilini bilməyənlər yazıb”, – sözləri ilə narazılığını bildirib.Sözügedən dəyişiklik Ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayıb.
Əliyar Xəlil
Globalinfo.az