ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin xarakteri ilə bağlı fikirlərini bölüşüb.
Globalinfo.az-ın məlumatına görə, Kuşner Almaniyanın “Axel Springer SE” media şirkətinin rəhbəri Matthias Döpfnerə müsahibəsində münaqişənin Avropanı əhatə edən proksi müharibəyə çevrildiyini bildirib.
“Vəziyyət nəzarətdən çıxır. Yaxın zamanda qərar verilməlidir. Artıq münaqişənin Avropanı əhatə edən proksi müharibəyə çevrilib”,- deyə o bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstək göstərməklə Kiyevin Rusiya ilə qarşıdurmasında iştirak edirlər.
Qeyd edək ki, Kuşner daha əvvəl Rusiya ilə ABŞ arasında əməkdaşlığın tarixin gedişatını dəyişə biləcəyini söyləmişdi. O, həmçinin Rusiya Prezidenti Vladimir Putini “siyasətin böyük ustası” və “tarixi şəxsiyyət” adlandırmışdı.
Tahir Turan
Globalinfo.az