putin2025

Rusiya Prezidenti Vladimir Putin Andrey Çibisi Murmansk vilayətinin qubernatoru vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, müvafiq fərman noyabrın 24-də imzalanıb. Fərmanda qeyd olunub ki, Çibisin qubernator səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir və qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Andrey Çibis noyabrın 23-də axşam saatlarında Moskvada saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun bildirdiyinə görə, qubernator paytaxta işgüzar səfər çərçivəsində gəlib.

İstintaqın məlumatına əsasən, cinayət işi Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaitin mənimsənilməsi, eləcə də Apatiti–Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayrılmış 1 milyard rubldan artıq vəsaitin talan edilməsi iddiaları ilə bağlıdır.

Çibis həmçinin 8,5 milyon rubl dəyərində qayığın rüşvət kimi qəbul edilməsində ittiham olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: