rus ukrayna ordu 11 900x600 3

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı müharibədə hərbi baxımdan üstünlük əldə etdiyini və artıq qələbəsini rəsmiləşdirdiyin iddia edib.

Globalinfo.az xəbər verir ki, o, “Le Point” jurnalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin cəbhədə qalib gəldiyini bildirib.

“Putin cəbhədə qalib gəlir. Hər necə olsa, bu, belədir”, – deyə Lukaşenko vurğulayıb.

Belarus lideri daha əvvəl Kiyev və Avropa İttifaqının Ukrayna ilə bağlı sülh danışıqlarında əldə olunan nəticələri heçə endirdiyini bildirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: