
İranın paytaxtı Tehranda, Mehrabad beynəlxalq hava limanının ətrafında hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumatlar yayılıb.
Globalinfo.az xəbər verir ki, “Al Mayadeen” telekanalının İran müxbirinə istinadən yaydığı məlumata görə, şəhərin qərb hissəsində bir neçə güclü partlayış səsi eşidilib.
İlkin məlumatlarda səslərin İranın hava hücumundan müdafiə bölmələrinin naməlum hava obyektlərinə qarşı atəş açması ilə əlaqəli olduğu bildirilir.
Bununla belə, hadisənin səbəbi, hədəfə alınan obyektlərin növü və mümkün dağıntılar barədə rəsmi təsdiq yoxdur.
Tahir Turan
Globalinfo.az