NATO alyans daxilindəki fikir ayrılıqları, müttəfiqlər arasındakı gərginlik fonunda yüksək səviyyəli görüşləri azaldır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Bildirilir ki, 2027-ci ildə Albaniyada planlaşdırılan liderlər sammiti olmayacaq və xarici işlər nazirləri iki görüş əvəzinə yalnız bir görüş keçirəcəklər.
Nazir səviyyəsində görüşlərin sayı da azaldılır. NATO bu dəyişiklikləri “yenidənqurma paketi”nin bir hissəsi adlandırır.
AP ittifaq zirvələrini “böyük maliyyə xərcləri və ciddi siyasi xərclər” tələb edən hadisə adlandırır.
Belə ki, 2025-ci ildə Niderlandda görüşə hazırlıq təxminən bir il çəkib və təxminən 100 milyon dollara başa gəlib. Türkiyə sammiti həmçinin şəhər sakinləri üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri, qüvvələrin yerləşdirilməsi və məhdudiyyətlər tələb edib.