Finlandiyanın NATO-dan çıxarılması ilə bağlı heç bir tələb irəli sürülməyib.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, NATO üzvlərinin alyansı tərk etməsi məsələsi Əbu-Dabidə keçirilən danışıqların gündəliyində olmayıb.
“Xeyr, belə bir tələbdən xəbərim yoxdur. Heç bir tələb irəli sürülməyib. Bu məsələ, əlbəttə ki, müzakirə edilməyib”, – Peskov vurğulayıb.
Xatırladaq ki, Almaniyanın “Bild” nəşri Rusiya nümayəndələrinin Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar zamanı Finlandiyanın NATO-dan çıxmasını, eləcə də alyansın Baltikyanı ölkələrdəki hərbi bazalarını tərk etməsini tələb etdiyini yazıb.