pasinyan 900x565 3

Ermənistanın Baş naziri Nikol Paşinyan Kambocanın paytaxtı Pnompendə Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin plenar iclaslarında iştirak edib.

Globalinfo.az xəbər verir ki, toplantıda sammitin gündəliyinə daxil olan məsələlər, layihələr və prosedurlar müzakirə olunaraq təsdiqlənib.

Daha sonra təşkilatın Nazirlər Konfransının sədri qurumun müvafiq sessiyasının fəaliyyəti barədə hesabatla çıxış edib. Həmçinin təşkilatın baş katibinin fəaliyyəti haqqında məruzə təqdim olunub.

Plenar iclaslarda sülh məsələlərinə də xüsusi diqqət ayrılıb. Paşinyan çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi, eləcə də regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən proseslərdən danışıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: