Bakı ilə sülhdən bu üç ölkə də faydalanacaq – Paşinyan

“Biz Azərbaycana sülh sənədinin razılaşdırılmış müddəalarını imzalamağı, onun üzərindən diplomatik əlaqələrin qurulmasını təklif etmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, Cənubi Qafqazda sülh üçün real imkanın yarandığını bildirib:

“Sülh sənədinin ilkin variantını imzaladıqdan sonra qalan məsələləri zamanla müzakirə edə bilərik. Bakıya da bunu təklif etmişik. Hazırda həqiqətən regionda sülh üçün real imkan yaranıb. Cənubi Qafqazda sülhdən sadəcə Azərbaycanla Ermənistan deyil, Gürcüstan, İran və Türkiyə də faydalanacaq”.

Ayşən Mustafa
Globalinfo.az