es 1

“Pekin Rusiya-Ukrayna münaqişəsinin Rusiya, Çin və ABŞ liderləri arasında keçirilməsi ehtimal olunan üçtərəfli danışıqların gündəliyinə daxil edilməsini istəmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” Çin tərəfinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirmək istədiyini bildirmişdi.

“Axios” nəşrinin məlumatına görə, liderlərin görüşündə əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət deyil, nüvə silahlarının azaldılması və nüvəsizləşdirmə məsələsi olmalıdır.

Məlumata əsasən, Moskva Ukrayna münaqişəsini gündəliyə daxil etməkdə maraqlı olsa da, Pekin buna qarşı mövqe sərgiləyir.

Tramp isə Putin və Si Cinpinlə görüşlə bağlı hələlik konkret razılaşmaların olmadığını, lakin hər iki lider istəsə, belə bir görüşə hazır olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: