Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev Ermənistanın sabiq prezidenti Robert Köçəryanla yanaşı kamerada saxlanılır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının sədri Anna Qriqoryan çıxış edib.
Qriqoryan azərbaycanlı hərbçi üçün yaxşı şərait yaradıldığını deyib.
Onun sözlərinə görə, Robert Köçəryan həmin binada, lakin qonşu kamerada saxlanılır.
Qriqoryan sabiq prezidentin saxlanma şəraitinin Nəsimininkindən xeyli pis olduğunu vurğulayıb.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Əliyar Xəlil
Globalinfo.az