İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ-ın dörd hərbi bazasına zərbələr endirdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bəyanatda deyilir:
“Razılaşmaları pozanlara qarşı cavab xarakterli cəza əməliyyatlarının ilk mərhələsində SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri birgə əməliyyat keçirərək Küveytdə yerləşən ABŞ-ın “Ərifcan” (Arifjan) və “Əli əs-Səlim” (Ali Al Salem), həmçinin Bəhreyndəki “Əl-Cufeyr” (Al Juffair) və “Şeyx İsa” (Sheikh Isa) hərbi bazalarının əsas infrastruktur obyektlərini hədəfə alıb. Bu əməliyyat ABŞ-ın bir neçə saat əvvəl İranın müxtəlif bölgələrinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib”.
SEPAH həmçinin ABŞ-ı xəbərdar edib ki, Vaşinqton İrana qarşı hücumlarını dayandırmasa, regiondakı digər Amerika hərbi obyektlərinə qarşı zərbələrin miqyası genişləndiriləcək.
Qeyd edək ki, ötən gecə ABŞ İran ərazisinə növbəti hava zərbələri endirib.
Əliyar Xəlil
Globalinfo.az