m 1

Türkiyədə Sarıgül ailəsi ilə bağlı davam edən istintaq tədbirləri çərçivəsində həbs olunan Ərzincan millət vəkili Mustafa Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil özünə qarşı yönəlmiş ittihamlara dair yazılı açıqlama verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Aylin Kotil açıqlamasında aşağıdakıları qeyd edib:

“Əziz dostlar, mənim necə biri olduğumu bilirsiniz, daim qadın zəhmətini, qanunun aliliyini və demokratik dəyərləri üstün tutan bir vətəndaşam. Həyatdakı ən böyük məqsədim övladıma, nəvələrimə və Kotil soyadına layiq olan, ləyaqətli və prinsiplərə əsaslanan bir irs qoymaqdır.

Oktyabrın 16-da məni sizlərdən ayıran, oktyabrın 19-da həbsimlə nəticələnən prosesdə və həbsimin 22-ci günündə sizlərə çatdırmaq istədiyim səs məhz həyata bu baxışımın təzahürüdür.

Azadlığım 25 gün əvvəl əlimdən alınsa da, mən inandığım prinsiplərdən dönməyən və heç bir halda adı cinayətkarlarla eyni sırada hallanmayacaq həmin Aylinəm.

Əminəm ki, bir ana, bir qadın və bir vətəndaş kimi mənim ən ali dəyərimin şərəfli ömür sürmək və vətənimə olan məhəbbətimi daha da gücləndirmək üçün səy göstərmək olduğundan xəbərdarsınız.

Polis idarəsində, prokurorluqda və hakim qarşısında danışdıqlarımı təkrarlamayacağam. Ancaq haqlı olduğumu sübut edən dəlillərin şəffaflıqla həm məhkəmə orqanlarına, həm də sizlərə təqdim ediləcəyini, böhtan kampaniyalarına iftiraçıları hədəf alaraq deyil, yalnız qanuni yollarla cavab verəcəyimi diqqətə çatdırmaq istəyirəm. Bunu da bilməyinizi istəyirəm ki, mən haqlıyam, günahsızam və bunu sübuta yetirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.

İyirmi il əvvəl ayrıldığım keçmiş ərim və onun siyasətdəki fəaliyyəti mənim həyatımda hər hansı bir əhəmiyyət kəsb etmir. Mən hər zaman sadəcə Aylin kimi tanınmışam və gələcəkdə də bu cür qalacağam. Səhv ailə həyatına görə keçmişdə də müəyyən bədəllər ödəmişəm, amma budəfəki zərbə olduqca ağır oldu!”

Qeyd edək ki, çirkli pulların yuyulması, korrupsiya və gizli ortaqlıqlarla bağlı başlanmış cinayət işində Mustafa Sarıgülün keçmiş xanımı Aylin Kotil, oğulları Ömər Sarıgül və tanınmış müğənni Sibel Canla sevgili olan Əmir Sarıgül də var. Bundan başqa, sözügedən istintaqa jurnalist Murad Ağırel də cəlb edilib.

Mustafa Sarıgülün keçmiş xanımı səssizliyini pozdu: Yanlış evliliyə görə bədəl ödəyirəm - Foto

Paylaş: