bbk

Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

899329935 2240720043491261 5859244191698385461 n
901230690 1869720260717515 3985312178857045965 n
901954139 3516327628563777 9131878046676941584 n

Paylaş: