
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.
Globalinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə lideri Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə işlərinin aparıldığını vurğulayıb.
“Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir”, – deyə Ərdoğan qeyd edib.
O, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.
Əliyar Xəlil,