64378939e955f50018faacb7

ABŞ Avropanın müdafiə xərclərini maliyyələşdirmək siyasətindən geri çəkilir. Vaşinqton müttəfiqlərindən müdafiə sahəsində məsuliyyəti və maliyyə yükünü daha ədalətli bölüşdürməyi tələb edir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Rod-Aylend ştatının Nyuport şəhərindəki Hərbi Dəniz Kollecində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Prezident Donald Trampın “Əvvəlcə Amerika” xarici siyasət doktrinası və 2026-cı il Milli Müdafiə Strategiyası çərçivəsində Vaşinqton son 80 ildə dövlət siyasətinin əsasını təşkil edən yanaşmaları yenidən nəzərdən keçirib.

“Biz, məsələn, Avropa ilə münasibətlərimizə yenidən baxırıq, onun müdafiəsinin subsidiyalaşdırılması dövrünü başa çatdırır və müttəfiqlərimizdən məsuliyyətin real şəkildə bölüşdürülməsini tələb edirik”, – Heqset bildirib.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: