
Hindistanın Bihar ştatının qanunverici məclisinin üzvü Anant Sinqh qızının toy mərasiminə 400 minədək insanı dəvət etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
Bildirilib ki, deputatın qızı Şivanqinin toy mərasimi Sinqhin doğma kəndində keçiriləcək. Hazırda kənddə tədbirə hazırlıq işləri geniş vüsət alıb.
Qonşu Uttar Pradeş ştatından gələn ustalar mərasim üçün nəhəng çadırlar və xüsusi məkanlar qururlar. Bəy və gəlin üçün uzunluğu təxminən 30 metr olan səhnə hazırlanır. Səhnənin bəzədilməsi üçün ümumilikdə 15 ton dekorativ elementdən istifadə olunacaq. Yüksək vəzifəli qonaqların qəbulu üçün isə ayrıca çadır nəzərdə tutulub.
Anant Sinqh bildirib ki, dəvətlilər arasında təkcə Hindistan vətəndaşları deyil, Pakistan nümayəndələri də olacaq. Toyda onlarla sənətçi və siyasətçinin iştirakı gözlənilir.
Deputat Hindistanın Baş naziri Narendra Modiyə də dəvət göndərməyi planlaşdırır. Lakin onun mərasimdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Əliyar Xəlil,