
Rusiya Qərb ölkələrinin Kalininqrad vilayətini blokadaya salmaq niyyətindən xəbərdardır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Baltikyanı regionda təxribat xarakterli fəaliyyətlər intensivləşib, Qərb isə beynəlxalq hüquq normalarını pozaraq Rusiya gəmiçiliyinə maneələr yaradır.
“Rusiya Baltikyanı regionda təxribat xarakterli fəaliyyətlərin artdığını müşahidə edir. Qərb beynəlxalq hüquq normalarını pozaraq, Rusiya gəmiçiliyinin qarşısına maneələr qoyur. Bu planları həyata keçirməyə yönəlmiş istənilən cəhd fəlakətə aparan birbaşa yol olacaq”, – Ryabkov qeyd edib.
Əliyar Xəlil,