1033069 src

Polşanın Krakov şəhərinin mərkəzi meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Malopolska Voyevodalığının polisi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 10-dan çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilən hücumçu yaralı halda xəstəxanaya aparılır.

Hadisə yerində təcili tibbi yardım və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətini davam etdirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: