Fransanın hava məkanından keçən dörd təyyarə bomba təhdidi ilə üzləşib.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı ölkənin baş nazirinin ofisi məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, bütün hava gəmiləri təhlükəsiz şəkildə eniş edib. Hazırda xüsusi bomba zərərsizləşdirmə qrupları təyyarələrdə yoxlamalar aparır.
Bununla yanaşı, Avropa ölkələrində aviareyslərə ünvanlanan bomba təhdidlərinin arxasında kimin dayandığını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Qeyd edək ki, təkcə ötən gün Avropada 30-a yaxın aviareyslə bağlı bomba qoyulması barədə saxta məlumatlar yayılıb. Bu hallar hava nəqliyyatında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini gündəmə gətirib.
Safura Bənnayeva
Globalinfo.az