“Ukrayna münaqişəsinin nizamlanmasına dair genişmiqyaslı razılaşma hazırlanacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan saziş yalnız Ukrayna ilə məhdudlaşmayacaq, daha geniş coğrafiyanı əhatə edəcək:
“Konkret olaraq hansı məsələləri müzakirə etdiyimizi deyə bilmərəm. Ancaq çox geniş və möhtəşəm razılaşma olacaq, hamı bundan məmnun qalacaq”.
ABŞ Prezidenti müharibənin uzun çəkməyəcəyini düşündüyünü vurğulayıb:
“Düşünürəm ki, bunu kifayət qədər tez başa çatdıracağıq”.
Safura Bənnayeva
Globalinfo.az