Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə 60 günlük atəşkəs əldə olunacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə ABC telekanalına müsahibəsində danışıb.
“Putinə deyin, bizə 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, – dövlət başçısı deyib.
Trampdan İrana yeni xəbərdarlıq: “Bunu etməyin, yoxsa…”
Xatırladaq ki, Tramp daha əvvəl Ukraynada yeni liderin seçilməsi məsələsini gündəmə gətirib. O, Zelenskinin Rusiya ilə razılaşma əldə etmək imkanlarını şübhə altına alaraq, Kiyevin Moskva ilə danışıqlarda nəticə əldə edə bilmədiyini iddia edib.
ABŞ lideri, həmçinin Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını dayandırmaqla bağlı tələblərə əməl etməməsindən narazılığını ifadə edib və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyini qeyd edib.
Trampın açıqlamaları Kiyevdə ciddi narahatlıq yaradıb. Məlumata görə, Zelenski bundan sonra bir sıra Avropa ölkələrinin liderləri ilə təcili telefon danışıqları aparıb. Nəşr Ukrayna prezidentinin mövqeyini Vaşinqtonun təzyiqlərinə cavab kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az